Xəbər lenti

Tehran Şəhər Şurasının üzvü Seyid Məhəmməd Ağamiri Prezident İbrahim Rəisinin helikopter qəzasının hava şəraiti ilə bağlı olmadığı haqda məlumatlara reaksiya verib.

Axar.az xəbər verir ki, bu barədə o, şəhər şurasının toplantısında danışıb.

O bildirib ki, bəlkə də prezidentin helikopterinin qəzası adi qəza deyil:

“Çünki qəzanın sadəcə qəza olmaya biləcəyi ilə bağlı müzakirələr gedir. Mən aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı ciddi araşdırmalar aparsınlar və həqiqəti tez bir zamanda ortaya çıxartsınlar”.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.




Ana səhifəyə qayıt        Baxış: 4 288          Tarix: 22-05-2024, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma