Xəbər lenti

İranda prezidentliyə namizədlərin təbliğat kampaniyasının qızğın çağında populyar "İran-vayr" saytı bu kontekstdə maraqlı bir mövzuya toxunub.

Saytda "Falçılar və cindarlar rəqib düşərgəsində: Seçki və cadugərlərin işinin çoxalması" başlıqlı məqalə dərc edilib.

"İran İslam Respublikasında prezidentliyə namizədlik səlahiyyəti qazanmış siyasətçilər seçki mübarizəsində təkcə ənənəvi üsullardan deyil, yayılan xəbərlərə görə, qələbə qazanmaq üçün cindar və falçıların xidmətindən də istifadə edirlər", - deyə məqalədə bildirilib.

Vurğulanıb ki, budəfəki növbədənkənar seçkilərdə falçıların sədası ilk olaraq prezidentliyə namizəd Əmirhüseyn Qazizadə Haşiminin seçki qərargahından ucalıb.

Qeyd edilib ki, namizədin həyat yoldaşı ilə seçki qərargahının üzvü Nasir Fəxari arasında mövcud iki falçıdan hansına üstünlük verməklə bağlı mübahisə yaşanır və digər qərargah üzvləri də bu məsələdə yekdil olmadıqları üçün iki yerə ayrılıblar.

Azad İran




Ana səhifəyə qayıt        Baxış: 3 958          Tarix: 21-06-2024, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma