Xəbər lenti


 

Dünən axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

 

Ovqat.com-un məlumatına görə, basqına Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun 2 oğlunun rəhbərlik etdiyi bildirilir.

 

Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərov saxlanılıb.

 

Onun FSB əməkdaşları tərəfindən dindirildiyi vurğulanır.

 

RBC-yə bildirib ki, polis hücum edənlərdən birinin onun oğlu olması ilə bağlı məlumatları yoxlayır. Baza Telegram kanalı isə onun iki oğlunun məhv edildiyi barədə məlumat  yayıb. Ümumilikdə isə Ömərovun səkkiz oğlu varmış.

 

 “Moskovski Komsomolets”in Dağıstandakı mənbəsinin verdiyi məlumata görə, Ömərov artıq istefa ərizəsi yazıb.

 

Dağıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər polis əməkdaşlarının olduğu avtomobilə atəş açıb, bir nəfər yaralanıb. 

 

Ömərov “Vahid Rusiya” partiyasının Serqokala yerli şöbəsinin katibidir. Artıq “Vahid Rusiya”nın Dağıstan bölməsinin saytından onun tərcümeyi-halı ilə bağlı səhifə yoxa çıxıb.

 

Serqokala Mahaçqaladan təxminən 80 km, Dərbənddən də təxminən eyni uzaqlıqda yerləşir. Hər iki şəhərdə pravoslav kilsələri və sinaqoqlara edilən hücumlardan sonra təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşmalar yaşanır. Dərbənddə məbəd və sinaqoq yandırılıb, kilsənin rektoru, 66 yaşlı protoyenik Nikolay Kotelnikov terrorçular tərəfindən öldürülüb. Mahaçqalada yol polisi postuna hücum olub, həmin küçədə sinaqoq var.

 

Dağıstan müftiliyinin məlumatına görə, ölənlərin ümumi sayı doqquz nəfərdir, onlardan yeddisi polisdir. Mahaçqalada ümumilikdə 25 nəfər xəsarət alıb. Terrorçulardan 4 nəfərin məhv edildiyi  bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 6 749          Tarix: 23-06-2024, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma