Xəbər lenti

Əminəm ki, İranda keçirilən prezident seçkilərinin nəticələri Tehranla İrəvan arasında münasibətləri daha da gücləndirəcək.

Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

Səfir İranın Ermənistanla münasibətlərdə siyasətinin prinsipial olduğunu bildirib:

“İranda hakimiyyətə gələn hər kəs bu prinsipial siyasət çərçivəsində hərəkət edir. İranın Ermənistana yanaşmaları ali rəhbər tərəfindən, o cümlədən Ermənistanın baş naziri ilə görüşdə səsləndirilib. Biz ərazi bütövlüyünə hörmət edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və istənilən geosiyasi dəyişikliyin əleyhinəyik. İran və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, bu siyasət heç vaxt dəyişməyəcək”.

Sübhani Ermənistanı yaxşı və vicdanlı qonşu adlandırıb, iki ölkənin təhlükəsizliyi və maraqlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 28-06-2024, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma