Xəbər lenti

"ABŞ-nin regiondakı siyasəti Cənubi Qafqaz xalqlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, "Böyük Şeytan" başqa məqsədlər güdür".

Bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani erməni mediasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Cənubi Qafqazı başqa bir ölkə ilə hesablaşmaq üçün platformaya çevirmək istəyirlər.

"Böyük Şeytan"la münasibətlərimizdə olan təcrübəmizi nəzərə alaraq, onların bəyanatlarına şübhə ilə yanaşırıq", - deyə diplomat bildirib.

Səfir region ölkələrini əhatə edən "3+3" formatının uzunmüddətli sülhə nail olmağa imkan verə biləcəyini deyib və bunun təkcə siyasi deyil, həm də iqtisadi və ticarət aspektlər olduğunu vurğulayıb.

"Biz Azərbaycanın və Ermənistanın sülhə nail olmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Regionda sülhə alternativ yoxdur, regionda sülh bərqərar olmalıdır. Bu bizim prinsipial mövqeyimizdir. Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün aparılan dialoqu alqışlayır və dəstəkləyirik", - deyə Mehdi Sobhani sözlərini yekunlaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 044          Tarix: 5-07-2024, 15:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma