Xəbər lenti

İran hakimiyyəti İsrailə kütləvi hücum planlarından imtina edə bilər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Politico" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, ABŞ Tehrandan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyi xahiş edib. Amerikalı rəsmilər İran tərəfini xəbərdar ediblər ki, genişmiqyaslı zərbə yalnız gərginliyi artıracaq və birbaşa qarşıdurma riski yaradacaq.

Ağ Ev əmindir ki, Tehran əvvəlcə rədd etsə də, Vaşinqtonun mövqeyini nəzərə alacaq.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Əli Xamenei ilə görüşdə ondan münaqişənin istənməyən müharibəyə çevrilməsinə mane olmaq üçün İsrailə birbaşa hücumun qarşısını almasını istəyib. "İran İnternational" kanalı öz mənbələrinə istinadən xəbər verib ki, Pezeşkian Əli Xameneyini İsrailə qarşı hücumdan çəkinməyə çağırıb, ölkənin iqtisadiyyatı və gələcəyi üçün dağıdıcı nəticələrlə bağlı xəbərdarlıq edib. Ayətullah Əli Xamenei isə hələlik bu xəbərdarlığa heç bir reaksiya verməyib.

İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb. HƏMAS Haniyənin ölümündə İsrail və ABŞ-ni günahlandırıb, bunun cavabsız qalmayacağını vəd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 831          Tarix: 8-08-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma