İran Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Heyyətə Hatəm əl-Ənbiya bazasının mərkəzi qərargahının koordinator müavini, briqada generalı Əli Şademani rəhbərlik edib.
Bildirilir ki, nümayəndə heyəti açılış mərasimində və “Army-2024” beynəlxalq hərbi-texniki forumunda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə Moskvaya gedib.
Səfər çərçivəsində Şademani Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, həmçinin Moskva vilayətinin Patriot parkında keçirilən “Army-2024” beynəlxalq hərbi-texniki forumunda təqdim olunan ən son hərbi texnologiyalarla tanış olacaq.
Bundan əlavə, briqada generalı digər ölkələrin yüksək rütbəli hərbi nümayəndə heyətləri ilə də görüşlər və məsləhətləşmələr keçirəcək.
Avqustun 12-dən 14-dək Moskva vilayətində “Ordu” beynəlxalq hərbi-texniki forumu keçiriləcək.
Şahanə Rəhimli
Musavat.com
Paylaş: