Xəbər lenti

Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçatryan deyib.

“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər. Məncə iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir” – deyə o bildirib.

Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onlar içərisində Qarabağ erməniləri də yer alıb.




Ana səhifəyə qayıt        Baxış: 2 894          Tarix: 21-09-2024, 13:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma