Xəbər lenti

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın üzərində cinayət işi olduğu üzə çıxıb.

Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verib.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumat bazasını yoxlayarkən məlum olub ki, Armen Abazyana qarşı cinayət işi hələ 1996-cı ildə açılıb.

Məlumatda bildirilir ki, Armen Abazyana qarşı cinayət işi, o, Ermənistanda yerləşən Rusiya Federasiyasının Sərhəd Qoşunlarında xidmətini başa vurduqdan sonra açılıb.

Mənbə yazır ki, bir vaxtlar biznesdə uğursuzluğa düçar olan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru bunun əvəzini agentura şəbəkəsinə qoşulmaqla kompensasiya edib.




Ana səhifəyə qayıt        Baxış: 2 694          Tarix: 7-10-2024, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma