Xəbər lenti

Xaricdən dəstəklənən kollektiv “Milli Hərəkat” hələ də iğtişaşlar yolu ilə hakimiyyətə gəlməyə və daha sonra ölkəni müharibə və xaosa sürükləməyə çalışır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bəyan edib.

O bildirib ki, “Milli Hərəkat” ikinci cəbhə açılması bahasına hakimiyyətə qayıtmağa çalışır:

“Əvvəldən və hətta indi də onun fəaliyyətinin əsas xüsusiyyəti cəmiyyətin parçalanması və qarşıdurmaların alovlandırılması olub. Xarici tərəfdaşlarının köməyi ilə 2008-ci ilin xəyanəti kimi, ölkəni müharibəyə sürükləməyə və bir daha bizə canlar və əlavə itirilmiş ərazilərə başa gələn faciəni gətirməyə hazırdırlar”.




Ana səhifəyə qayıt        Baxış: 2 961          Tarix: 11-10-2024, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma