Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirilən görüşündə Gürcüstanla Azərbaycan arasında enerji və enerji təhlükəsizliyi sahəsində, eləcə də Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

Oxu.Az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə İrakli Kobaxidze danışıqların yekunu üzrə açıqlamasında bildirib.

"Bizi çox mühüm strateji layihələr birləşdirir, biz həm də bu istiqamətdə, o cümlədən Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləyirik", - baş nazir deyib.

Kobaxidze qeyd edib ki, görüş çox mehriban və bütün mövzular üzrə məhsuldar keçib.

"Biz Gürcüstan-Azərbaycan münasibətləri, ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq, dostluq münasibətlərindən danışdıq. Sahəvi əməkdaşlıq, müxtəlif sahələrdə tərəfdaşlığımızı daha da dərinləşdirmək barədə söhbət etdik", - o söyləyib.

Görüş zamanı, həmçinin regionda təhlükəsizlik problemlərinə də diqqət yetirilib. Tərəflər regionda sülhün və sabitliyin təmin edilməsinə mümkün qədər töhfə verməyə hazır olduqlarını təsdiqləyiblər.




Ana səhifəyə qayıt        Baxış: 3 050          Tarix: 11-11-2024, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma