Xəbər lenti

"Əgər onlar istəsə, Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi rolunu oynamağa hazırdır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan televiziyasına müsahibəsində bildirib.

"Məsələn, Gürcüstanın bir vasitəçi kimi çıxış etməsi və ya danışıqların təmin edilməsi prosesində daha da fəal iştirak etməsinə bir maraq yaranarsa, biz hər zaman buna hazır olduğumuzu bildiririk. Biz indi də buna hazırıq. Buna maraq olarsa, biz iki qonşu ölkəmizə (Azərbaycan və Ermənistan - red.) yardım və dəstəyimizi təklif etməyə hazırıq", - Kobaxidze bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 099          Tarix: Bu gün, 00:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma