Xəbər lenti


Moskvanın Ryazan prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov həlak olub. 

 

Ovqat.com-un məlumatına görə, bu barədə dekabrın 17-də Rusiya Federasiyasının İstintaq Komitəsi informasiya yayıb.

 

İstintaqın məlumatına görə, səhər saatlarında yaşayış binasının girişinin yanındakı skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.


“Hadisə nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olublar”, - Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Telegram səhifəsində bildirib. 

 

O əlavə edib ki, hadisə yerində müstəntiqlər, kriminal ekspertlər və əməliyyat xidmətləri işləyir.

 




Ana səhifəyə qayıt        Baxış: 4 535          Tarix: Dünən, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma