Xəbər lenti

İslam Respublikası zəif vəziyyətdədir və bu vəziyyət İran hökumətini nüvə danışıqlarında iştirak etməyə sövq edə bilər. İranın hazırkı prioriteti onun sağ qalmasını təmin etməkdir.

Bu sözləri Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns deyib.

O, bölgədə baş verən son dəyiikliklərin İranın gücsüzləşməsi ilə nəticələndiyinə diqqət çəkib və son 6-7 ayda İranın strateji mövqeyi xeyli zədələndiyini bildirib.

İranın İsrailə iki uğursuz raket hücumu, Tehranın ən mühüm proksi qrupu olan Hizbullahın yıxılması, Qəzza zolağında HƏMAS-ın gücünün kəskin şəkildə azalması və nəhayət, Bəşər Əsədin süqutuna toxunan MKİ rəhbəri, bütün bunların İran rejimini strateji baxımdan daha zəif mövqeyə saldığını söyləyib.

Börnsə görə, İranın hazırkı şərtləri Tehranın nüvə proqramı ilə bağlı ciddi danışıqlara başlamağa imkan verə bilər.

Qeyd edək ki, son həftələrdə Donald Tramp administrasiyasının rəsmi şəkildə işə başlayacağı tarixin yaxınlaşması bir vaxtda İran rəsmiləri nüvə danışıqlarını bərpa etmək istəklərini açıqlayıblar.

GünazTV




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: Bu gün, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma