Xəbər lenti

2024-cü ilin dekabr ayında ölkəyə fiziki şəxslər tərəfindən bank sistemi vasitəsilə edilən köçürmələr 860 milyon dollardan çox olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının açıqladığı məlumatında bildirilib.

Dekabr ayında da vəsaitin əsas hissəsi Rusiyadan daxil olub: 648 milyon dollar.

Qeyd edilib ki, bu, özəl pul köçürmələri sektorunda indiyədək qeydə alınan rekord göstəricidir.

Ümumilikdə 2024-cü il ərzində Ermənistana fiziki şəxslər tərəfindən bank vasitəsilə köçürülən pulların məbləği 5 milyard 837 milyon dollara çatıb. Bu vəsaitlərin böyük hissəsi – 4 milyard 327 milyon - ölkədən çıxıb.

Ermənistandan ən böyük köçürmə istiqamətlərindən biri BƏƏ-yə olub. Ötən il Ermənistandan bu ölkəyə 880 milyon dollar vəsait axını qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 309 milyon dollar və ya 54 faiz çoxdur.

Qeyd edək ki, Rusiyaya sanksiyaların dəlinməsində Ermənistan müstəsna rol oynayır. Həmçinin Dubaydan da külli miqdarda mal idxal edilir və Rusiyaya ixrac olunur.

Dəfələrlə Ermənistanın Rusiyaya sanksiyaları dələn əsas ölkə olduğu Avropa mediası və ekspertlərinin faktlarla sübut etməsinə baxmayaraq, Qərb bu prosesi nədənsə “görmür”.




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 16-02-2025, 10:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma