Xəbər lenti

Gürcüstan Cənubi Qafqaz üzrə "3+3" platformasına qoşulmağı planlaşdırmır.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın xarici işlər naziri Maka Boçorişvili Antalya diplomatik forumu çərçivəsində müzakirə zamanı bildirib.

"Gürcüstan bu formatın ("3+3") bir hissəsi deyil. Biz bütün qonşularımızla əməkdaşlıq edirik. Yalnız Rusiya istisnadır və bunun səbəbi var. Buna görə biz bu formatın bir hissəsi olmağı nəzərdən keçirmirik və keçirə bilmərik", - deyə Boçorişvili bildirib.

O qeyd edib ki, Gürcüstanın Rusiya ilə yalnız bir formatı var - Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üzrə Beynəlxalq Cenevrə müzakirələri; Bu format ölkə üçün çox vacibdir, çünki münaqişə ilə bağlı məsələləri müzakirə etməyə imkan verir.

Xarici işlər naziri həmçinin vurğulayıb ki, Gürcüstanın digər qonşuları - Ermənistan, Azərbaycan, Türkiyə ilə mükəmməl regional əməkdaşlığı var və ölkə regionda tərəfdaşlığı dərinləşdirməyə hazırdır.




Ana səhifəyə qayıt        Baxış: 3 129          Tarix: 12-04-2025, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma