Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlki bütün konstitusiya referendumlarının xalqın iradəsini əks etdirmədiyini bildirib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən "Ədalət ədalətə nail olmaq vasitəsi kimi" adlı konfransda bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var və ədliyyə sektorunda problemlər məhz buna görə yaranır.

"Bu boşluq, o cümlədən bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır", - Paşinyan qeyd edib.

O hesab edir ki, mövcud hüquq nizamı ilə cəmiyyət arasında üzvi əlaqə olmalıdır.

Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 2 943          Tarix: 21-04-2025, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma