Xəbər lenti

ABŞ Dövlət katibi Marko Rubio Türkiyə və Suriya xarici işlər nazirləri ilə üçlü görüş keçirib.

Musavat.com xəbər verir ki, məlumatı Dövlət Departamenti yayıb.

Bildirilir ki, Hakan Fidan və Əsəd əl-Şeybani ilə görüşdə Suriyanın yenidən qurulması və terrorizmə qarşı mübarizə səyləri müzakirə olunub.

Görüşdə həmçinin Suriyanın İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulması da daxil olmaqla, "regional təhlükəsizliyin gücləndirilməsi imkanları və davam edən terrorizmə qarşı mübarizə səyləri" müzakirə olunub: “Onlar həmçinin Suriyada itkin düşmüş amerikalıları tapmaq səylərini müzakirə ediblər. Dövlət katibi prezident Trampın suriyalılara sülh və rifah üçün şans vermək öhdəliyini vurğulayıb və Suriyanın yenidən qurulmasını dəstəkləmək üçün regional əməkdaşlığın vacibliyini qeyd edib".




Ana səhifəyə qayıt        Baxış: 1 712          Tarix: Bu gün, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma