Xəbər lenti

Noyabrın 11-12-də Cenevrədə Rusiya və Gürcüstan arasında beynəlxalq danışıqların 65-ci raundu da uğursuzluqla nəticələnib.

Oxu.Az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Rusiya nümayəndələri əsas məsələlərdən birinin müzakirəsi zamanı danışıqlar masasını tərk ediblər.

Nəticədə, əvvəlki raundlar kimi, 65-ci raund da pozulub.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya, Rusiya nümayəndə heyətinə isə Rusiyanın BMT bölməsi və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Gennadi Qatilov rəhbərlik ediblər.




Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: Dünən, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma