Xəbər lenti


Bütün Ermənistan Nikol Paşinyanı axtardığı, amma tapa bilmədiyi bir dövrdə onun arvadı Anna Akopyan özünün yeni fotosunu yayımlayıb. 

“AzPolitika.info” xəbər verir ki, “başının dəstəsilə” bir-iki gün əvvəl Qarabağa “döyüşə” yollanan Anna Akopyan özünün “feysbuk” səhifəsində Xankəndində olduğunu yazıb və bir neçə foto paylaşıb. Hansısa zirzəmidən çəkilmiş fotoların xüsusi şərhə ehtiyacı yoxdur...

Ancaq xanınm Akopyan paylaşdığı fotoya maraqlı status əlavə edib: “Əsgərlərimiz kimi, biz də öz mövqelərimizdə möhkəm dayanmışıq. Bizim düşmənlərə və satqınlara verəcək vətənimiz yoxdur”.

Əlbəttə ki, “əsgərlər” və “mövqelər” barədə hər şey bəllidir. Söhbət dabanına tüpürüb qaçan başıpozuq dəstələrdən və onların qoyub qaçdıqları şəhər və kəndlərdən gedir. Statusdakı “düşmənlər”in də təbii ki, Azərbaycan Ordusu olduğu məlumdur.

Bəs, görəsən “satqınlar” deyəndə kimləri nəzərdə tutur - əri Paşinyanımı, qondarma rejimin başçısınımı, yoxsa Xankəndini nəzarətə götürəcək Rusiya hərbçilərinimi? Bu sual açıq qalır...



Ana səhifəyə qayıt        Baxış: 2 711          Tarix: 10-11-2020, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma