Xəbər lenti
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
Üçüncü dünya müharibəsi tank və topsuz baş verəcək, onu gizli ordular aparacaq.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Baden-Vyurtemberq federal torpağının sabiq Baş naziri, rəqəmsal iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Hünter Ettinger “Handelsblatt” qəzeti üçün yazdığı məqalədə deyib.
Siyasətçi Qərb ölkələrində baş verən bir neçə kiber hücumu - 2015-ci ildə Almaniya kansleri Angela Merkelin kompüterinin sındırılmasını, İrlandiya səhiyyə sisteminə, ABŞ-da “Colonial Pipeline” və “Solarwinds” kompaniyalarına, həmçinin Amerika və Almaniyada dövlət müəssisələrinə edilən hücumları xatırladıb. Onun fikrincə, bütün bunların arxasında rusiyalı hakerlər və kəşfiyyat əməkdaşları dayana bilər.
“Bir şeyi dəqiq demək olar: Üçüncü Dünya müharibəsi quruda, suda və havada deyil, virtual məkanda, tanksız-topsuz baş verəcək”, - deyə Hünter Ettinge bildirib.
O, ən böyük kiber-güclər arasında Rusiya, ABŞ, Çin, İsrail və İranın adını çəkib.
Sabiq Baş nazir qeyd edib ki, Avropa İttifaqı 2021-2027-ci illər arasında kiber məkanın müdafiəsinə yalnız 1,5 milyard avro, yəni 27 üzv ölkə üçün ildə 230 milyon avro və ya hər dövlət üçün on milyon avrodan az vəsait ayırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar