Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan 7 rayonunda Avropa Şurasının monitorinq institutlarının maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.
AzVision.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.
Rot eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da vurğulayıb:
“Avropa Şurasının insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.
Almaniya nümayəndəsi, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandı bu istiqamətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.
Paylaş: