Xəbər lenti

 

Avqustun 27-də keçiriləcək Ərdoğan və Putin görüşündə müzakirə olunacaq bir çox məsələlər var. Lakin hesab edirəm ki, görüşün əsas müzakirə mövzusu İdlibdə yaşanan hadisələr olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli avqustun 27-də baş tutacaq Putin-Ərdoğan görüşünü şərh edərkən deyib. O bildirib ki, bu görüş münasibətlərin qorunub saxlanılması üçün çox önəmli rol oynaya bilər:

"Bir çoxları güman edir ki, İdlibdə baş verənlərə görə Türkiyə-Rusiya münasibətlərində gərginlik yaşanacaq və iki ölkə arasında olan münasibətlər korlanacaq. Amma düşünmürəm ki, hər iki tərəf İdlibə görə münasibətləri pisləşdirsin. Çünki son aylar iki ölkə arasında milyardlarla dollar dəyərində layihələr imzalanıb, hərbi-iqtisadi ticarət əlaqələri yaranıb. Həmçinin, ölkələrarası viza rejmi ləğv olunub və sair. Bütün bunları nəzərə alaraq demək olar ki, nə Rusiya, nə də Türkiyə münasibətləri gərginləşdirəcək addımlar atacaq".

Politoloq Ərdoğan-Putin görüşündə yaranmış gərginliyin aradan qalxması yönündə danışıqların müsbət nəticə verəcəyini bildirib:

"Hazırda iki ölkə arasında bəzi məsələlərdə fikir ayrılıqları yaşanır. Təbii ki, hər biri özünü haqqlı görür və öz mövqeyni müdafiə edir. Amma hər şeyə baxmayaraq, bu görüşdə Ərdoğan və Putin çalışacaq ki, razılığa gələ bilsinlər. Çünki indiki şəraitdə gərginliyin yaranması hər iki ölkəyə sərf etmir. Həmçinin, hər iki dövlət rəhbəri yaxşı başa düşür ki, Əsədə və ümumilikdə Suriyaya görə yenicə düzəlmiş münasibətləri əvvəlki vəziyyətə qaytarmağa dəyməz".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 avqustda Moskvaya səfər edəcək




Ana səhifəyə qayıt        Baxış: 347          Tarix: 25-08-2019, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma