Xəbər lenti

 

" 

Ermənistan Baş naziri Nikol Paşinyan gələn il Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, o, bu barədə İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putinin sentyabrda Ermənistana rəsmi səfəri çərçivəsində qərar qəbul edildiyini bildirib.

Rusiya dövlət başçısı iki ay əvvəl Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçılarının toplantısında iştirak etmək üçün İrəvana gəlmişdi.




Ana səhifəyə qayıt        Baxış: 428          Tarix: 11-11-2019, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma