Almaniya, Fransa və İngiltərə iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra bölgədə artan gərginliklə bağlı birgə açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, müttəfiqlər açıqlamada ABŞ və İranı anlaşmağa çağırıb.
“Hazırda ən önəmli məsələ gərginliyi azaltmaqdır. Bölgədəki bütün oyunçuların şüurlu şəkildə hərəkət etməsinin vacib olduğunu düşünürük. İraqda artan qarşıdurmalar dərhal dayandırılmalıdır. Xüsusən də İranı qarşıdurmaya rəvac verəcək addımlar atmamağa çağırırıq. Habelə İrandan nüvə müqaviləsindən kənara çıxmamağı tələb edirik”, - açıqlamada qeyd edilib.
Açıqlamada, eyni zamanda İraqda İŞİD terror təşkilatı ilə mübarizənin davam etdiriləcəyi, müttəfiqlərə məxsus hərbi qüvvələrin bu ölkədə qalacağı İranın diqqətinə çatdırılıb:
“Bu, bizim üçün prioritet olaraq qalacaq. Bu baxımdan, koalisiyanın qorunub saxlanılması ciddi əhəmiyyətə malikdir. Bu səbəbdən də, İraq hökumətini koalisiyaya verdiyi dəstəyi artırmağa çağırırıq”.
Paylaş: