
İraqın Baş naziri Adil Abdülmehdinin “ABŞ İraqdakı hərbçilərini nə vaxt və necə çıxaracağı ilə bağlı Bağdada diplomatik heyət göndərməlidir”, – tələbinə rəsmi Vaşinqtondan cavab gəlib.
Strateq.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bu tələblə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun həyatı normallaşdırmaq məqsədi daşıdığı vurğulanıb: “Əgər ABŞ İraqa heyət göndərərsə, bu, hərbçilərimizi geri çəkmək üçün deyil, iki ölkə arasında strateji müttəfiqliyi təkrar möhkəmlətmək üçün olacaq. Biz o bölgədə ABŞ vətəndaşlarını, iraqlıları və NATO qüvvələrini qorumağa məsuluq”.
Departament sözçüsünün yazılı açıqlamasında NATO-ya çağırış da var: “NATO İraqdakı hərbi qüvvələrinin sayını artırmalıdır”.
Strateq.az
Paylaş: