Xəbər lenti

 

ABŞ dünya ictimaiyyəti ilə Venesuelada hakimiyyət dəyişikliyi üzərində çalışır.

Axar.az xəbər verir ki, bunu Karakol TV-yə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Bizim üzərində çalışdığımız layihə Maduronun gedişini və Venesuela xalqının azad və ədalətli seçkisi keçirməsini nəzərdə tutur. Biz nəticə əldə etmək üçün Cənubi Amerika, Mərkəzi Amerika və Avropa, eləcə də bütün dünya ölkələriylə çalışırıq”, – deyə o bildirib.

Pompeo ABŞ-ın Venesuela ilə münasibətlərdəki strategiyanı dəyişmək niyyətində olmadığını deyib.




Ana səhifəyə qayıt        Baxış: 553          Tarix: 21-01-2020, 10:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma