Xəbər lenti

 

Deputatlığa namizəd Tural Zeynalov barəsində MSK-nın "Qaynar Xətt"inə müraciət daxil olub.

99 saylı Şəmkir Seçki dairəsindən namizədliyini irəli sürən Tural Zeynalovun isə ənənəvi qaydalardan kənara çıxaraq seçicilərə ərzaq payladığı məlum olub. Belə ki, yayılan video görüntülərdə deputatın hazırlatdığı ərzaqlar nümayiş olunub. Təbliğat kompaniyası çərçivəsində vədlər vermək, platforması ilə seçiciləri tanış etmək, məlumat vermək təbii hallar sayılsa da, seçicilərin səslərini bu cür almaq qanunvericilikdə qadağan olunur. 

Qeyd edək ki, MSK-dan da məsələyə reaksiya gecikməyib. MSK sədr müavini Rövzət Qasımov bu barədə məlumat yayıb. O qeyd edib ki, namizəd barəsində xoşagəlməz hallar barədə onlara məlumat daxil olub:

"Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə "Qaynar Xətt"ə müraciət olunub.

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar".

MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələ araşdırılsın və ona xəbərdarlıq edilsin. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 23-01-2020, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma