2020-ci ildə Ermənistanda siyasi landşaftın formalaşması başa çatacaq.
Axar.az xəbər verir ki, bunu “Yerevan Tudey”ə müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Hər kəsə aydındır ki, cəmiyyətdə eyforiya başa çatıb, amma bu güclü eyforiyanın altında formalaşan hakimiyyət hələ də qalıb. Parlament gözlənildiyi kimi öz funksiyalarını icra etmək gücündə deyil. Siyasi proseslər parlamentdən kənarda gedir. 2020-ci ildə parlamentin formatı yekun olaraq ictimai əhvalı əks etdirməyi dayandıracaq ki, bu da legimtimliyin itirilməsi demək olacaq. Bu, növbəbənkənar parlament seçkisinin keçirilməsiylə bağlı siyasi tələbin formalaşmasına gətirib çıxaracaq. Bütün bunlar ölkədə sosial-iqtisadi situasiyanın pisləşməsi fonunda gerçəkləşəcək. Növbədənkənar seçkinin keçirilməsi siyasi proseslərin intensivliyindən, hakim fraksiyanın stabilliyindən, hakimiyyətin səhvlərindən asılı olacaq”, – deyə o bildirib
Paylaş: