Xəbər lenti

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə ekzit-poll keçirmək niyyətində olan qurumların müraciətinə baxılıb.

MSK sədrinin müavini Rövzət Qasımov bununla bağlı iki müraciətin daxil olduğunu deyib:

“Rəy” Monitorinq Mərkəzi 2005-ci ildən etibarən seçkilərdə exit-poll keçirir və kifayət qədər təcrübə toplayıb. Mərkəz 118 seçki dairəsi üzrə tələb edilən bütün sənədləri (1080) əlavə edib və məlumatları MSK-ya təqdim edib. Onlar regionlarda 10 dayaq mərkəzi müəyynləşdiriblər. 1080 intervuyer bu prosesə cəlb olunub. İntervuyerlərin sayı ekzit-poll keçiriləcək seçki məntəqələrinin sayına bərabərdir. Onlar ehtiyatda 50 intervuyerin olması barədə məlumat veriblər. İntervuyerlərə nəzarət edəcək 96 supervayzer seçilib. 1500 əməkdaş bu layihəyə cəlb ediləcək. Onlar respondent seçimində təsadüfilik prinsipini əsas tuturlar. Müxtəlif yaş qrupundan olan metodologiyanın ən mühüm hissələrindən bidirir. Xəta əmsalı olaraq 2-5 faiz nəzərdə tutublar. Bu, beynəlxalq standartlarda qəbul edilmiş rəqəmdir. İndiyədək rəsmi məlumatlarla ekzit-polla seçkinin rəsmi nəticəsi arasında rəsmi marja elə də böyük olmayıb”.

R.Qasımov daha sonra “Rəy” Monitorinq Mərkəzi Məhdud Məsuliyətli Cəmiyətinin seçkilərdə ekzit-poll keçirilməsinə dair hazırlanan qərar layihəsini oxuyub. Qərar səsə qoyularaq qəbul edilib.

MSK sədrinin müavini bildrib ki, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın məşhur “Opinon way” sosioloji tədqiqat institutu ilə birgə ekzit-poll keçirməklə bağlı MSK-ya müraciət edib:

“Ona görə “Opinion way”la bağlı məşhur ifadəsini işlədirəm ki, bu təşkilat yenilikçi yanaşmaları ilə hər zaman diqqət çəkir. İki təşkilat 118 seçki dairəsi üzrə 236 seçki məntəqədə ekzit-poll keçirmək niyyətindədir. Bu iş üçün 472 intervuyer ayrılıb. Onların gənc yaşda ali təhsilli Azərbaycan vətəndaşları olması diqqətçəkən haldır. Bu təşkilat maarifləndirmə kitabçaları hazırlayıb. Gün ərzində məlumatların 3 dəfə mərkəzə ötürülərək emal olunmasını nəzərdə tutur”.

R.Qasımov bu təşkilatların ekzit-poll keçirməsinin məqbul sayıldığını vurğulayıb.

Bununla bağlı qərar layihəsi də səs qoyularaq yekdilliklə qəbul olunub.




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 29-01-2020, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma