Xəbər lenti

Azərbaycan vətəndaşlarının Rusiyadan qayıtması üçün yaradılmış “Evə gedirəm” portalında qeydiyyatdan keçən vətəndaşlar onlarla əlaqə saxlanılmasını gözləməlidir.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayevanın sözlərinə görə, portalda qeydiyyatdan keçən vətəndaşlar zəngi, mesajı gözləmədən Rusiya-Azərbaycan sərhədinə yığışırlar: “Bu yaxınlarda vətəndaş portalda qeydiyyatdan keçib, sonra Dağıstan sərhədinə gəlib. Biz ona zəng edəndə, təyyarə üçün geri qayıtmağa vaxtı çatmadı. Ona görə də portalda qeydiyyatdan keçdikdən sonra vətəndaş onunla əlaqə saxlanılmasını gözləməlidir. Portalda qeydiyyatdan keçənlərlə 2 həftə ərzində əlaqə yaradılır”.


Ana səhifəyə qayıt        Baxış: 2 592          Tarix: 13-05-2020, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma