Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
ABŞ-ın İrana və müqavimət cəbhəsində olan tərəfdarlarına iqtisadi təzyiqləri heç vaxt bu həddə çatmayıb. Hazırda İran milli valyutası ABŞ dolları qarşısında dəyirini rekord həddə itirib və bir dollar 19 min tümən olub.
Teleqraf.com xəbər verir ki, bu fikirləri şərqşünas Samid Bağırov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Livana qarşı siyasi və iqtisadi təzyiqlərindən dolayı bir dollar 9 min lirə olub: “ABŞ Livan hökumətinə açıq-aşkar mesaj verir ki, Hizbullahı siyasi səhnədən uzaqlaşdırın, sizdən əl çəkim. Hələ ABŞ-ın Suriya dövlətinə qarşı yeni start verdiyi “Sezar qanunu” sanksiyaları tam irimiqyaslı paketidir ki, bunun fonunda Suriyada hazırda bir dollar 3 min lirə olub”.
Mütəxəssisin fikrincə, iş o yerə gəlib çatıb ki, Suriyanın şimalında Türkiyə lirəsilə alqı-satqı dəbə düşüb:
“Qaldı ABŞ-ın İraqa təzyiqlərinə, digərlərilə müqayisədə bu nisbətən azdır. ABŞ açıq-aşkar İraq hökumətinə Haşd-Şabini tərki-silah edəcəyi təqdirdə beynəlxalq kreditləri onun üzünə açacağını deyir və İrandan elektrik enerjisinin alınması ilə bağlı hər üç aydan bir “sənə bu enerjini almaq üçün daha bir neçə ay möhlət verirəm”, deyərək minnət qoyur.
Təbii ki, ABŞ bölgədə olan ölkələrə qarşı addımlarını Səudiyyə Ərəbistanı komandasının təzyiq və təşəbbüsü, bəzən də maliyyəsilə atır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar