Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Moskva nankor və sədəqə dilənən Ermənistana görə Türkiyə ilə qarşı-qarşıya gələrmi?
Qarabağın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Hazırda Ermənistan tərəfi etiraf edir ki, Şuşa şəhəri uğrunda gərgin döyüşlər gedir. Ermənilər yaxşı bilirlər ki, Azərbaycanın Şuşanı da işğaldan azad etməsi onlar üçün tam məğlubiyyət olacaq. Bu, bütövlükdə Dağlıq Qarabağın işğaldan azad edilməsi deməkdir.
Yaxşı məlumdur ki, Ermənistanın baş naziri, avantürist və təxribatçı Nikol Paşinyanın son olaraq Rusiya prezidentinə məktub göndərərək, ondan yardım istəməsi ermənilərin Kremlə çoxbaşlı mesajıdır.
Ermənilər Putinə demək istəyirlər ki, əgər hərəkətə keçməsən, Qafqazı birdəfəlik itirəcəksən. Qarabağ müharibəsi başlayandan bu yana, Kremlin Qafqaza nəzarəti itirəcəyi, oraya Türkiyənin sahiblənəcəyi barədə Rusiya mərkəzi TV kanllarında gözləri və beyinləri yormuş sarsaq şərhçilər də danışırlar.
Qəribədir ki, erməni mənşəli siyasi icmalçılar Kremlə nəyi və necə etməyi məsləhət verirlər. Hansı ki, Rusiya prezidenti Valdimir Putin öz ölkəsində ən informasiyalı şəxsdir və o, vəziyyətin nə yerdə olduğunu hamıdan yaxşı bilir. Əgər istər Dağlıq Qarabağ döyüşlərinə, istərsə də Paşinyanın müraciət və davranışlarına yalnız və yalnız indiki hadisələr kontekstindən şərh versək, əsl həqiqətdə nə baş verdiyi tam dolğun aydınlaşmaz.
Artıq çoxdandır heç kimə sirr deyil ki, Ermənistanın hər mənada dünyadakı əsas himayədarı Rusiyadır. İki yüz ildir ki, bu, belədir.
Ancaq son hadisələr bizim regionumuzda böyük geostrateji dəyişikliklər dövrünə qədəm qoyulduğundan xəbər verir. Rusiyanın Qafqazda hakim mövqedə dayanması onun imkanlarının təsir gücündən asılıdır. Və əslində, Rusiya indi özünün son üç yüz illik tarixinin ən zəif dövrünü yaşayır. Onu yenidən dirçəltməsələr və müəyyən inkişaf relsinin üzərinə qoymasalar, Rusiya daha da geriləyəcək...
Böyük güclərin Qafqaz uğrunda tarixi mübarizəsi
Tarixin öyrənilməsı metodikasına görə, ərazinin tarixi ilə xalqın və dövlətin tarixini eyniləşdirmək olmaz. Ona görə də Qafqazın və Azərbaycanın tarixinə bəlağətlə yox, real gerçəkilik pzismasından göz gəzdirək.
Qafqaz 16-17-cı əsrlərdə Osmanlı imperiyası və Səfəvilər dövləti arasında gedən gərgin mübarizənin ən qaynar məntəqəsi olub. Bu isə təbii idi, çünki iki qüvvə arasındakı sərhəd xətti buradan keçirdi.
Həmin zaman Şərqin möhtəşəm gücü olan türklərin qarşısında ermənilər mikroskopik məxluqlar idi və onların təsir imkanları sıfra bərabərdi.
Lakin indi təəssüf ki, həmin tarixi hərə öz istəyinə və fantaziyasına uyğun şərh edir, obyektiv yanaşma çox azdır. Osmanlı və Səfəvi arasındakı dava geostrateji mövqe uğrunda mücadiləydi.
Tarix boyu bu ərazilərdəki böyük güclər bir-biriylə daim çəkişiblər. Əhəmənilər imperiyası ilə Yunanıstan, Roma imperiyası ilə Parfiya, Bizans imperiyası ilə əvvəl Sasanilər, sonra Ərəb xilafəti və Səlcuqlar arasında amansız mübarizə olub. Ən nəhayətdə, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında müharibələr gedib. Amma böyük coğrafi kəşflərdən və reformasiyadan sonra tarixi prosesin vektoru elə yöndə dəyişdi ki, 17-ci əsrdə şimalda yeni güc mərkəzi Rusiya dövləti formalaşmağa başladı və bir müddətdən sonra bu dövlət (1721-ci ildə) imperiyaya çevrildi.
Rusiyanın yüksəliş və eniş dövrü
Rusiya imperiyası gücləndikcə, onun yeni ərazilər ələ keçirmək iştahı da artdı. Rusiya imperiyasını Böyük Britaniya, İspaniya və Fransa imperiyalarından fərqləndirən cəhət, onun öz metropoliyasının perimetri böyunca genişləməsidir. Rusiya imperiyasının heç vaxt dənizaşırı əraziləri olmayıb. 17-ci əsrdə Rusiya yavaş-yavaş genişlənməyə, eksponsionist siyasət yürütməyə başladı və buna görə də Balkan yarımadasını, Krımı və Qafqazı işğal etməyə girişdi.
Ümumiyyətlə isə, sözügedən torpaqlar uğrunda Rusiya ilə Osmanlı imperiyası və Qacarlar xanədanlığı arasında(Qafqazda) çoxsaylı müharibələr baş verib. 18-ci əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyası yüksəliş, Osmanlı və Qacarlar isə əksinə eniş dövrünə keçdiyinə görə, ruslar Qafqaz da daxil olmaqla xeyil ərazi zəbt etməyə nail oldular.
Rusiyanın inkişaf və təsir gücü baxımından ən üst dövrü Sovet İttifaqı və xüsusən də onun İkinci Dünya Müharibəsindən sonrakı zamanları olub. SSRİ-nin süqutundan sonra Rusiya zəifləyib. Son iyirmi ildə Vladimir Putin müəyyən fəaliyyətlərlə gövdə göstərişi nümayiş etdirməyə çalışıb. Lakin bəllidir ki, Rusiya yüksəlişə yox, hər cəhətdən enişə doğru gedir.
Hazırda Rusiyanın hərbi sənaye kompleksinin istehsal etdiyi yeni silahlar texniki baxımdan sovet dövründəkilərin modernləşdirilmiş versiyalarıdır və onlarda köklü dəyişikliklər yoxdur.
Məsələn, Rusiya hələ ki, ən müasir PUA-lar istehsal edə bilmir. Bu, sadəcə bir nümunədir və digər sahələrdə də vəziyyət təxminən oxşardır. Bu, o deməkdir ki, Rusiya iqtisadiyyatının əsaslı şəkildə yenilənməyə və texnologiyasının isə modernləşməyə böyük ehtiyacı var.
Rusiyanın iqtisadi-maliyyə asılılığı
Rusiya iqtisadiyyatı SSRİ iqtisadiyyatından fərqli olaraq, sərbəst deyil və qlobal maliyyə institutlarından asılıdır. Ümumiyyətlə isə, nəinki Rusiyanın, eləcə də digər ölkələrin geostrateji təsir imkanları məhduddur. Birmənalı olaraq, dünyanın indiki maliyyə-iqtisadi və ticarət modelində heç bir dövlət qlobal çapda iqtisadi-maliyyə proqramı tərtib edə bilməz. Bu, nonsesdir və hamı dollar zonasına daxildir.
Makroiqtisadi siyasətdə bütün ölkələr kimi, Rusiya da sərbəst pul-kredit siyasəti(monetar siyasət) həyata keçirmir və bu, Rusiya Mərkəzi Bankının səlahiyyətlərinə daxildir. Mərkəzi Bank isə təlimat və göstərişləri Beynəlxalq Valyuta Fondundan alır.
Rusiya dövlətinə əldə etdiyi valyutanın müəyyən bir hissəsini büdcəyə transfer etməyə imkan verilir və beləliklə də onlar bu pulla büdcə-vergi siyasəti həyata keçirirlər. Yerdə qalan pullar isə Rusiyanın qızıl-vayuta ehtiyatına köçürülür. Həmin ehtiyat sistemi isə birbaşa Rusiya dövlətinin nəzarətində deyil. Əslində yaxşı baxsaq görərik ki, Rusiyanın ən iri vergi ödəyiciləri olan "Qazprom", "Rosneft" və "Sberbank" kimi nəhənglər artıq transmilli şirkətlərə çevriliblər.
Ermənistan Rusiya üçün artıq yükdür
İndiki durumda Rusiya SSRİ kimi əhatə dairəsini genişləndirə bilməz. Heç şübhə yoxdur ki, bunu Rusiya rəhbərliyi də bilir. Ancaq onlar kəskin problemlərlə qarşılaşmadıqlarından 30 illik idarəetmə üsulunu, xarici siyasəti və iqtisadiyyatın təməlini dəyişmək fikrindən uzaq durublar.
Elə həmin yanaşma Rusiyanın “yaxın xaric” adlandığı ölkələrlə münasibətlərində də öz yerində qalıb. Lakin görünən odur ki, köhnə üsullarla Ukraynanı, Moldovanı, Gürcüstanı, Azərbaycanı, hətta Ermənistanı öz təsir dairəsində saxlmağın effektivliyi ilbəil aşağı düşür.
Vaxtilə SSRİ Şərqi Avropanı nəzarət altında saxlayırdı, lakin indi hətta Ukrayna belə Rusiyanın orbitindən kənarlaşıb. Rusiyanın bu ölkəyə təsiri demək olar ki, yoxa çıxıb.
Tutaq ki, Donbas və Krım Rusiyadadır. Nə dəyişir? Sadəcə, həmin ərazilər Moskvanın boynunda əlavə maliyyə yükünə çevrilir. Rusiya iqtisadiyyatı üçün Donbas, Krım, Dnestryanı zona, Abxaziya, Cənubi Osetiya artıq yükdür və onları yaxşı pullarla bəsləmək lazımdır. Ümumiyyətlə, Rusiyanın özündə dotasiya ilə yaşayan çoxlu sayda region var.
Axı, Rusiya Sovet İttifaqı deyil. Hələ SSRİ zamanı Ermənistan mərkəzdən 40-45 faiz dotasiya alırdı.
Belarusda da vəziyyət qənaətbəxş deyil, Lukaşenkonun ayaq üstdə dayanmasının yeganə səbəbi var. O, ölkə sənayesini dağıtmağa imkan verməyib və korrupsiya girdabına batmayıb. Amma gələcəkdə Belarusu çətin günlər gözləyir. Çünki Belarus məhsullarının başlıca satış bazarı olan Rusiyanın iqtisadiyyatı gerilədikcə, onun məhsullarına olan təlabat da aşağı düşəcək.
Deməli, Rusiyanın yaxın çevrəsi problemlərlə doludur və vəziyyət getdikcə daha da pisləşir. Bu, o deməkdir ki, Rusiyanın gələcəyi üçün keyfiyyət baxımından yeni münasibətlər sisteminə və yeni iqtisadi platformaya ehtiyacı var. Belə olan təqdirdə Rusiya nəyə görə sərhədələrini qorumaq iqtidarında olmayan və sədəqə ilə dolanan nankor və yoxsul Ermənistan naminə Türkiyə ilə qarşı-qarşıya gəlməlidir?
O da nəzərə alınmalıdır ki, Birinci Dünya Müharibəsindən həmən sonra məhz Sovet İttifaqı ilə Türkiyə arasında qurulan əməkdaşlıq nəticəsində Zaqafqaziya indiki xəritəyə malik olub. Ermənistanın dövlət adamlarında və siyasi analitiklərində nəinki strateji zəka, hətta adi praktik ağıl çatmadığından, onlar sadə həqiqətləri qavramayaraq, instinktiv hərəkət edirlər.
Ermənilərin tarix və zaman haqqında anlayışları primitiv və infantil məntiqlər üzərində kökləndiyindən, düşünürlər ki, tarix statik və dəyişməzdir. Yəni, iki yüz il bundan öncə vəziyyət necəydisə, hər şey eləcə donub yerində qalacaq və Rusiya onların əbədi himayədarı rolunda çıxış edəcək. Lakin hadisələrin gedişi göstərir ki, onlar tam yanılırlar...
AzPolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar