Xəbər lenti


İqor Subbotin
“Nezavisimaya qazeta”, 25.01.2021
 
İsrail ABŞ prezidenti Cozef Baydenin administrasiyasına İranla mümkün nüvə anlaşmasının yenidən müzakirəsi üçün bir sıra şərtlərini irəli sürmək niyyətindədir. Müvafiq siyahı gələn ay “Mossad” direktoru Yossi Koen tərəfindən Vaşinqtona çatdırılacaq. İran rəhbərliyinə təqdim edilməli olan tələblər arasında uranın zənginləşdirilməsindəki məhdudiyyətlər və Yaxın Şərqdəki şiə qeyri-nizami hərbi birləşmələrinin maliyyələşdirilməsinin dayandırılması da var. Amma Vaşinqtonun Tehranla yeni bir müqavilə bağlaya bilməməsi halında, İsrailin hansı fəaliyyət planına sahib olduğu sual altındadır.

İsrail mediası Koenin gələn ay Vaşinqtonda Baydenlə görüşəcəyini yazıb. Səfərin əsas mövzusu Donald Tramp administrasiyasının 2 il əvvəl tərk etdiyi və indi dirçəlmək şansı olan 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mümkün yeniləməsi olacaq.

“12-ci kanal”ının xəbərlərindən belə çıxır ki, Koen kəşfiyyat məlumatlarına istinadla, İranın nüvə proqramının nə qədər irəlilədiyi və kütləvi qırğın silahının yaradılmasına gətirib çıxara biləcək risklərin nə qədər böyük olduğu barədə Ağ Evi məlumatlandırmaq niyyətindədir. Yəhudi dövləti İslam Respublikasının sülhsevər nüvə enerji layihələrinin belə çox təhlükəli olduğuna inanır.

Mümkün nüvə anlaşması üçün düzəlişlər siyahısında İslam Respublikasının uranın zənginləşdirilməsi, müasir sentrifuqaların istehsalı ilə məşğul olmaması, Yaxın Şərqdəki şiə silahlı qruplarını maliyyələşdirməyi dayandırması və Livanın “Hizbullah” təşkilatına dəstək vermədən imtinası maddələri olduğu bildirilir. Tehrandan, həmçinin bölgədəki silahlı qarşıdurmalarda iştirakını azaltması və xaricdəki İsrail vətəndaşlarına hücum etməmə öhdəliyi götürməsi tələb olunur. Yəhudi dövləti ilə münasibətləri normallaşdırmağa qərar verən ərəb ölkələrinin qapıları onlar üçün açıldıqdan sonra İsrail turistlərinin həyatı üçün qorxu yaranıb.

Koenin səfəri yüksək vəzifəli şəxslərin Baydenlə ilk üz-üzə görüşü olacaq. Ötən gün İsrail milli təhlükəsizlik müşaviri Meir Ben-Şabbatın amerikalı vəzifədaşı Ceyk Sallivanla ilk telefonda danışdığı olub. ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat xidmət səlahiyyətlilərin “İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə qazandığı müvəffəqiyyətə əsaslanaraq, yaxın aylarda ortaqlığın genişləndirilməsi perspektivlərini müzakirə etdiyini” bildirib. Sallivan ABŞ-ın “bütün regional təhlükəsizlik məsələlərində” İsraillə məsləhətləşəcəyini təsdiqləyib.
Bayden komandasının nümayəndələri Ağ Evin JCPOA əsasında İranla nüvə proqramı və raket probleminin həlli mövzusunda daha uzun müddətli bir razılığa gəlməyi planlaşdırdığını açıqlayıblar. Üstəlik, Vaşinqton bu məsələdə yalnız İsraillə deyil, həm də ərəb monarxiyaları arasındakı müttəfiqləri ilə məsləhətləşmək niyyətindədir.

Bu cür planlar Tehranın ictimai qınağı ilə qarşılanır. İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə mətbuat konfransı zamanı deyib: “ABŞ-ın BMT-nin 2231 saylı qətnaməsinin həyata keçirilməsinə sadiq olduğunu görməyincə, İran heç bir şey etməyəcək. Tehran sanksiyaların qaldırılmasını, Birləşmiş Ştatlar və digər tərəflərin Birgə Hərtərəfli Fəaliyyət Planının real icrasını görməlidir”.
İndiyə qədər Tehrandan nüvə anlaşması üzrə yenidən danışıq aparmaq istəmədiyi və nüvə proqramı ilə əlaqəli olmayan əlavə məsələlər sayəsində onu genişləndirmək istəməməsi ilə bağlı açıqlamalar eşidilib.

Buna baxmayaraq, İran rəhbərliyi Tramp administrasiyasının İrana təzyiqlərinin azalmasına nikbin baxır. “Mənə elə gəlir ki, sanksiyaların son günlərini yaşayırıq”. Bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib: “İran xalqını qarşıda xoş günlər gözləyir”.
O təəssüflənib ki, “məhdudlaşdırıcı tədbirlər sayəsində ölkənin valyuta qazancı 100 milyard dollar azalıb”.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TASS-a son müsahibəsində qeyd edib: “Konqresdəki dinləmələrdə dövlət katibi vəzifəsinə namizəd yeni rəhbərliyin İranın nüvə proqramı ilə əlaqədar JCPOA-ya qayıtmağı düşünməyə hazır olduğunu bildirib. Sual budur: bu nə vaxt və hansı şərtlərlə olacaq? Tərəflər, demək olar ki, qarşılıqlı müstəsna şərtlər irəli sürüb. İranlılar ABŞ-ın öhdəliklərini yerinə yetirməyə tam qayıtdıqda, məsələni nəzərdən keçirməyi, ABŞ isə əksini söyləyir”.

Bayden administrasiyasının İran rəhbərliyi ilə razılığa gəlmədə uğursuzluğu halında, İsrailin cavabı necə olacaq?
Son aylar yəhudi dövlətinin ciddi eskalasiya addımlarına hazır olduğunu göstərib.

Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 832          Tarix: 26-01-2021, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma