Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
İranın nüvə obyektlərində bir sıra səbəbi açıqlanmayan partlayışlardan sonra xarici analitiklər bunu İsrailin gizli xidmətlərinə aid ediblər. Baş nazir Benyamin Netanyahu isə “Mossad” rəhbəri Yossi Koenin səlahiyyət müddətini 2021-ci ilin iyununa qədər uzadacağını bildirib.
2013-cü ildə “Mossad”ın sıralarından çıxarılaraq milli təhlükəsizlik müşaviri təyin edilən Koen, Netanyahunun yaxın məsləhətçisi və etibarlı adamıdır. O, 2016-cı ilin yanvarında sələfi Tamir Pardonun yerinə gəlmişdi.
Koenin səlahiyyət müddəti 2021-ci ilin yanvarında başa çatacaqdı.
Netanyahunun ofisindən verilən açıqlamada bildirilib ki, “İsrail dövlətinin qarşılaşdığı təhlükəsizlik problemlərini nəzərə alaraq, baş nazir Benyamin Netanyahu “Mossad” rəhbəri Yossi Koenin səlahiyyət müddətinin daha altı ay uzadılmasını istəyib.
“Mossad”ın rəhbəri 2021-ci ilin iyununda dəyişdiriləcək. Qurumun başçısı baş nazirin istəyini qəbul edib və yanvar ayında tutduğu vəzifədə altıncı ilinə qədəm qoyacaq”.
“Kanal 12” xəbər verir ki, Netanyahunun qərarı böyük təyinatlara veto qoyacağı güman edilən “Mavi və Ağ” lideri, müdafiə naziri Benni Qantzla koalisiya razılaşmasını poza bilərdi.
Netanyahuya yaxın rəsmilər bu qərarın təyinat qərarı olmadığını deyiblər, çünki o, yalnız “Mossad” rəhbərinin səlahiyyət müddətinin uzadılmasıdır.
Koen, həmçinin, Netanyahu hökumətinin xüsusən, müsəlman dünyasında ən həssas diplomatik tapşırıqlar üzrə baş elçisi olub. Bu ayın əvvəlində o, İordaniya kralı II Abdullahla görüşüb. Həm də Netanyahunun Qərb sahilindəki ərazilərin ilhaq edilməsi ilə əlaqədar artan irəliləyişi fonunda.
Yossi Koen populyar siyasi fiqur kimi, “Likud”un rəhbəri olaraq Netanyahunu əvəz etmək üçün əsas iddiaçı olub və bəzi təsdiqlənməmiş məlumatlara görə, Netanyahunun sevimlisi və varisi olacaq şəxsdir.
“Mossad” sıralarında o, əməliyyatçı kimi məşhurdur. Koenin rəhbərliyi altında “Mossad”ın kadr ehtiyatı və büdcəsi böyüyüb və İranın nüvə proqramını hədəf alan casusluq əməliyyatlarına diqqət artırılıb.
İsrail televiziyasının Cümə günü, gecə verdiyi xəbərdə İsrailin İranın mümkün qisas zərbəsinə hazırlaşdığı bildirilib, çünki Tehrandakı səlahiyyətlilər Nətənz nüvə obyektində bir gün əvvəl baş verən sirli partlayışın səbəbinin İsrailin kiberhücumu ola biləcəyini güman ediblər.
Partlayışın İranın daha sürətli uran zənginləşdirmə üçün inkişaf etmiş sentrifuqalar hazırladığı laboratoriyanı məhv etdiyi bildirilib.
Bu partlayış həssas İran obyektlərinə zərbə vurmaq üçün bir sıra “qəribə” partlayışlar, yanğınlar və sızmalardan biri idi və ən azı bəzilərinin təxribat ola biləcəyinə dair fərziyələr yaradıb.
2018-ci ildə Netanyahu İsrailin İrandan böyük nüvə arxivini aşkarladığı və oğurladığı, habelə əməliyyatın arxasında “Mossad”ın durduğunu açıqlayıb.
İran uzun müddət nüvə silahı əldə etməkdə maraqlı olmadığını bildirir, baxmayaraq ki, MAQATE əvvəllər İranın 2003-cü ilin sonlarında nüvə proqramına mümkün hərbi ölçü verilməsini dayandırdığını bildirib.
İranın atom proqramı ilə bağlı Qərbin narahatlığı sanksiyalara səbəb olub, nəticədə Tehran 2015-ci ildə dünya gücləri ilə nüvə razılaşması imzalayıb.
Prezident Donald Trampın rəhbərliyi altındakı ABŞ 2018-ci ilin may ayında birtərəfli qaydada razılaşmadan çıxıb, İran və ABŞ arasında bir sıra kəskinləşmələr yaşanıb və Tehran müqavilənin istehsal məhdudiyyətlərini pozub.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar