Xəbər lenti


Xocalı, Xankəndi, Xocavənd və Ağdərəyə geri dönüşün əsas yolu oranın demoqrafik strukturunu Azərbaycanın lehinə dəyişməkdir.
Bu sözləri türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, bu, həm də erməni təxribatlarının qarşısını almağa yardımçı olacaq:

“Vaxtilə savaş zamanı bu bölgələrdən qaçqın və köçkün olaraq çıxan azərbaycanlı qardaşlarımızın yeni doğulan nəsillə birlikdə dövlətin dəstəkləyici siyasəti çərçivəsində oraya geri dönməsini tezləşdirmək lazımdır.

Bu, ermənilərin hazırda oynadığı bütün oyunlara da son qoyacaq”, – deyə ekspert bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 798          Tarix: 3-02-2021, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma