Xəbər lenti
 
 
Gürcüstan öz imkanları ilə “yenidən qurulan” ilk “Su-25” təyyarəsini havalandıracaq.
 
Ovqat.com xəbər verir ki, bunu Gürcüstanın Müdafiə naziri postuna namizədliyi irəli sürülən Cuanşer Burçuladze Rusiyanın “Vzqlyad” qəzetinə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, "yenidən bərpa olunan” Su-25-lərin təlim uçuşları hər ay həyata keçiriləcək. 
 
"Gürcüstanın döyüş təyyarələri istehsal etmək qabiliyyətini bərpa etmək üçün aktiv tədbirlər görülür",- Burçuladze belə deyib.
 
II Dünya müharibəsi illərində Gürcüstanda qurulan və ilk növbədə Su tipli hücum təyyarələri istehsal edən Tiflis təyyarə zavodunun "bərpa olunduğunu” söyləyən Burçuladze bildirib ki, Gürcüstan "aviasiya istehsalını təkbaşına bərpa edir". Qeyd edək ki, Tbilisi Təyyarə Zavodu SSRİ-nin dağılmasından sonra bağlanmışdı.
 
Hərbi ekspertlər isə Tbilisi Təyyarə Zavodunun əslində istehsalla yox, quraşdırma ilə məşğul olduğunu bildirirlər. Yəni bizim Naxçıvanın NAZ şirkəti kimi, öz “məhsul”unun hissələrini ordan-burdan alıb fabrikdə quraşdırır. Bu da olur təyyarə və ya avtomobil zavodu.
 
Tbilisidəki bu zavod II Dünya müharibəsində əslən Gürcüstandan olan Stalin tərəfindən qurulub. Məqsəd SSRİ-nin bəzi respublikalarında xarab olan təyyarələri gətirib təmir etmək idi. Görünür, Burçuladze təyyarə istehsalı deyəndə əsaslı təmiri nəzərdə tutur.


Ana səhifəyə qayıt        Baxış: 3 519          Tarix: 22-02-2021, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma