
Xəbər lenti
Bu gün, 09:23
Dünən, 23:33
Dünən, 23:00
Dünən, 20:44
Dünən, 19:11
Dünən, 17:46
Dünən, 16:18
Dünən, 14:05
Dünən, 13:43
11-09-2025, 20:54
11-09-2025, 18:25
11-09-2025, 17:25

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin demokratiyanı təşviq etməkdən imtina etməsi ilə bağlı açıqlamasından sonra Dövlət Departamentinin demokratiyanın, həmçinin Vaşinqton-İrəvan münasibətlərinin inkişafına, eləcə də Ermənistanın Türkiyə və Azərbaycanla dostluq münasibətlərinin bərpasına vəsait ayırdığı barədə xəbərləri gəldi. Ancaq ayrılan məbləğ çox azdır: cəmi 150 min dollar...
Amerikalı publisist, Redford Universitetinin professoru, Ceymstaun Fondunun dəvət olunmuş mütəxəssisi Qriqori İoffe Media.Az-a bununla bağlı şərh verib.
Onun sözlərinə görə, göstərilən məbləğ bu mövzunun prioritet olmadığını göstərir.
“Məsələn, ABŞ Belarus müxalifəti üçün milyonlarla dollar ayırıb”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, demokratlar hakimiyyətə gəldikdən, həmçinin İkinci Qarabağ müharibəsi bitdikdən və Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra bir çoxları ABŞ-ın münaqişənin həllində öz rolunu qeyd etmək üçün ATƏT-in Minsk Qrupunu canlandırmaqla bağlı aktiv işlərə başlayacağını gözləyirdi. İlk əvvəll belə də oldu, amma indi hər şey sakitləşib, bir neçə həftədir Vaşinqton bu mövzuda açıqlamalar vermir.
Professor bunun səbəbini ABŞ-ın başının daxili problemlərə qarışdığı ilə izah etdi.
“Həmçinin bu mövzu prioritet olmaqdan çıxıb və hazırda nizamlamada əsas rol oynayan Rusiyanın iltizamına buraxılmaq məcburiyyətində qalıb”, - deyə Q.İoffe əlavə etdi.
O, ABŞ-ın Azərbaycana qarşı tarazlı siyasət yürütdüyünü, bunun təsdiqi kimi məşhur Ceymstaun Fondunun Qarabağ müharibəsi zamanı çap etdiyi çoxlu sayda materiallarını xatırladıb.
“Bunların arasında ermənilərin nöqteyi-nəzərini ifadə edəcək məqalələr demək olar ki, yox idi. Ya azərbaycanyönlü, ya da bitərəf baxışlar qələmə alınmışdı. Bunun fərqinə varmamaq çətin idi”, - deyə professor sözlərini yekunlaşdırdı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar