Xəbər lenti


Ermənistanın Sünik (Zəngəzur) vilayətində, Azərbaycan Ordusunun mövqeləri ilə üz-üzə qulluq edən ermənilər şikayət ediblər.

Axar.az xəbər verir ki, hərbi qulluqçu Artak Arutyunyan şəraitlərinin acınacaqlı olmasını əks etdirən video-görüntü də yayıb.

Buz kimi çadırlarda yatdıqlarını, yemək, yanacaq, silah sarıdan ciddi qıtlıq çəkdiklərini deyən A.Arutyunyan Azərbaycan Ordusundan qorxduğunu da etiraf edib:

“Hər gecə yatanda Tanrıya dua edirik ki, səhərə sağ çıxaq. Boynuma alıram ki, qorxuram türklərdən. Onların postlarına, silahlarına, təminatına baxın, bizə baxın. O körpünü keçmələri bəsdir ki, bizi yatarkən öldürsünlər”.

Artak Arutyunyan deyib ki, erməni əsgərləri aclıq üzündən hamının, hətta azərbaycanlıların yeməklərinə möhtac qalıb:

“Bu, cəhənnəmdir. Belə bir şəraitdə vətənə xidmət etmək mümkün deyil. Onlar bizim it olduğumuzu düşünürlər.

Nə üçün biz Azərbaycan hərbçilərinə bir tikə çörək vermələri üçün yalvarmalıyıq? Onların geyimlərinə baxıb həsəd aparırıq. Azərbaycan əsgərinin həmişə tər-təmiz hərbi geyimi olur, bizim əlimizdə isə paslanmış silah, əynimizdə çirkli forma, qarnımız isə ac...” - deyə erməni hərbçisi bildirib.

Qeyd edək ki, Artak Arutyunyan bu videonu sosial şəbəkələrdə paylaşdıqdan bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi onu istintaqa cəlb edib.





Ana səhifəyə qayıt        Baxış: 2 537          Tarix: 15-03-2021, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma