Xəbər lenti
Dünən, 19:28
Dünən, 16:00
Dünən, 10:30
Dünən, 09:21
14-01-2025, 22:04
14-01-2025, 21:09
14-01-2025, 20:42
14-01-2025, 19:32
14-01-2025, 18:28
Rusiya Azərbaycanı yenidən Minsk qrupu danışıqlarına qaytarmaq istəyir: Lukaşenko Bakıya niyə gəlir?
“ATƏT-in Minsk Qrupunun həmsədrləri faydalı rol oynaya bilər”.
Ovqat.com xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin "Kommersant" qəzetinə açıqlamasında belə deyib.
Karasinin fikrincə, onlar (ATƏT - in Minsk Qrupunun həmsədrləri - Rusiya, Fransa, ABŞ) bu işdə faydalı rol oynaya bilərdilər.
“Bu üçlüyün təcrübəsi və böyük xarici dəstəyi var. Düşünürəm ki, əhəmiyyətli beynəlxalq rezonans doğuracaq ATƏT - in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müntəzəm görüşləri praktikasını bərpa etmək olardı", - deyə Rusiya rəsmisi bildirib.
O əlavə edib ki, indi məsələlərin əsas hissəsini humanitar məsələlər - hərbi əsirlərin qaytarılması, həlak olanların meyitlərinin tapılması, qaçqınların yaşaması üçün lazımi şəraitin yaradılması ilə bağlı məqamlar təşkil edir. Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi məsələsi də ciddi problem kimi qarşıda dayanır.
Qeyd edək ki, 44 günlük müharibə bitər-bitməz ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda peyda olmuş və Prezident İlham Əliyevlə görüşmüşdülər. Prezident isə diplomatik üslubla artıq onlarlıq heç bir məsələ qalmadığını qonaqların diqqətinə çatdırmış və fransalı həmsədr bu açıqsözlülükdən inciyərək, İlham Əliyevə belə cavab vermişdi: “Əlbəttə ki, Bakıda olmağımız, belə başa düşürəm ki, dəvət əsasında olub. Dəvət olmasaydı, mən gəlməzdim. Ola bilsin, bu missiyanın təşkilində, yazışmada qeyri-aydınlıq olub. Lakin mən bizi bu görüşdə qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm”.
Deyəsən, Azərbaycan prezidentinin qonaqpərvərliyi həmsədr dövlətlərdən olan Rusiyanı xeyli həvəsləndirib. Baxmayaraq ki, ötən ilin 12 dekabrda baş tutan son görüşə Rusiyadan olan həmsədr qatılmamış və onu ölkəsinin Azərbaycandakı səfiri Mixail Boçarnikov əvəz etmişdi. Görünür, qərblilər Şərqin eyhamlı üslubunu yaxşı başa düşmədiklərindən Azərbaycan Prezidentinin bəzən açıq-aydın dilə gətirdiyi ifadələrindən belə, düzgün nəticə çıxarmırlar. Rusiyanın Təhlükəsizlik Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin son açıqlamaları da bunu təsdiqləyir.
Karasinin ATƏT-in Minsk qrupunun müzakirəsinə həvalə etməyi məsləhət bildiyi erməni terrorçularının azadlığa buraxılması məsələsinə də rəsmi Bakı dəfələrlə öz münasibətini bildirib və 10 noyabrda imzalanan Bəyanatın terrorçulara şamil edilməyəcəyini ən yüksək səviyyədə səsləndirib. Moskva isə özünün eşitməməzliyə vurub hələ də bu məsələni “qaşımağa” çalışır. Halbuki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra Azərbaycanlı həmkarına bu barədə ağız açdığı və yenə Kremlin incə üslublu rədd cavabı düzgün anlamadığından Qarabağdakı “sülhməramlı” generalı Rüstəm Muradovu Bakıya göndərdiyi bildirilirdi. Muradovun bu səfəri Ermənistanda da ciddi ajiotaja səbəb olmuş və terrorçuların ailələri Erebuni aeroportunu qabağına – öz yaxınlarının pişvazına toplaşmışdılar. Bakıdan suyu süzülə-süzülə geri qayıdan Rüstəm Muradov təyyarədən tək düşəndə isə böyük xəyal qırıqlığına uğramışdılar.
İddialara görə, bundan lazımi nəticə çıxara bilməyən Moskva indi də Belarus prezidenti Lukaşenkonu Bakıya vasitəçiliyə göndərir. Belə anlaşılır ki, iki ölkə prezidentlərinin yaxın münasibətlərinə güvənən Moskva Lukaşenkonun məsələni həll edəcəyinə ümid bəsləyir. Amma unudur ki, Azərbaycanın dövlət gələnəyində ağaya rədd cavabı verilirsə, onun qasidinin sözünü də nəzakətlə dinləyib əliboş yola salmaq ənənəsi var. Qonaqlara rədd cavab verib xətirlərinə dəyməsək belə, dövlət maraqları bəhs mövzusu olanda ya ANAMA, ya da Xarici İşlər Nazirliyi dövrəyə girib rəsmi Bakının əsl fikrini ünvanına çatdırır. Bu isə qətiyyən təəccüblü deyil. Ruslar demişkən, “Şərq incə məsələdir”. Qərblilər onu suları süzülə-süzülə əliboş geri qayıtmayanadək anlaya bilməzlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər