Xəbər lenti


Türkiyə təcavüzkar mövqeyini qoruyub saxlamağa davam edəcəyi təqdirdə, Avropa Birliyi ona tətbiq etmək üçün sanksiya tədbirləri hazırlayıb.

Axar.az xəbər verir ki, bunu Fransa Xarici işlər Nazirliyi yanında dövlət katibi Kleman Bon deyib.

“Biz gərginlik istəmirik, amma maraqlarımızı qoruyuruq. Türkiyə hansı mövqedə olmaq istədiyini özü seçməlidir.

Gərginliyi azaltmağı seçmək və ya təcavüzkar mövqedə qalmaq. O zaman Avropa cavab verməyə hazır olacaq.

Qaçılmaz olacağı təqdirdə tətbiq edə biləcəyimiz sanksiyalar hazırlamışıq”, - Bon bildirib.



Ana səhifəyə qayıt        Baxış: 2 902          Tarix: 13-04-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma