Xəbər lenti

 
Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti A.Lukaşenko sabaha planlaşdırdıqları görüşdə ölkələrinin birləşəcəyini açıqlaya bilərlər.
 
Ovqat.com xəbər verir ki, bu iddia dünyanın bir sıra media qurumları tərəfindən irəli sürülür.
 
İddianın yaranmasının isə maraqlı, həm də Azərbaycanla birbaşa əlaqəsi olan səbəbi var. 
 
Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışdıqdan iki gün sonra – 17 apreldə özünün “Пул Первого” (“Pul Prevogo”) adlı Telegram səhifəsində gözlənilməz anonsla çıxış edib. Anonsda Belarus prezidenti bu həftə ərzində çox önəmli qərarın veriləcəyini bildirib. İddiasına görə, sözügedən qərar onun çeyrək əsrlik prezidentliyi dövründə atılacağı ən mühüm addım olacaq.
 

Bu linkə baxın: https://t.me/pul_1/2670
 

Qərarın çox ciddi olduğunu vurğulayan Lukaşenko özü həyatda olmasa belə, qərarın mütləq həyata keçiriləcəyini, müxaliflərin isə onun qarşısını ala bilməyəcəyini vurğulayıb. Bildirdiyinə görə, bəhs olunan qərar Prezident fərmanı statusunda olacaq.
 
Maraqlıdır ki, bu anonsun üzərindən cəmi 4 gün keçməsinə baxmayaraq, artıq Minskdə hərbi hərəkətlilik qeydə alınıb. Xüsusilə paytaxt Minskdə çox sayda təhlükəsizlik qüvvəsi, hərbi texnika və polis maşınları səfərbər edilib. 

 
Çox sayda hərbi və mülki geyimli şəxslər rəsmi maşınlarla paytaxtdakı Müdafiə Nazirliyinə gedir. Bu gün ölkədə heç bir etiraz aksiyası planlaşdırılmasa da, bu dinamizm diqqətə şayandır”, - Belarusa bağlı sosial media səhiflərində bu məlumat paylaşılır.
 
Lukaşenkonun rəsmi səhifəsi sayılan “Пул Первого”da diqqəti cəlb edən digər anons da var. Anonsa görə, Belarus prezidenti sabah – 22 aprel 2021-ci il tarixdə Rusiyalı həmkarı Putinlə görüşəcək. Sözügedən yazılı anons 16 apreldə - Putinlə son telefon danışığının ertəsi günü verilib. Ayın 17-də isə yuxarıda bəhsi keçən məlum çıxışı səsləndirib.



 
Xatırladaq ki, iki gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynaya planlaşdırılan hərbi müdaxilənin xəritəsini yaymış və həmin xəritədə əsas hücumun Belarusdan olacağı göstərilmişdi. Ekspertlərin fikrincə, Lukaşenkonun vəd etdiyi qərarın Ukrayna əməliyyatı ilə bağlı olacağı da istisna deyil. Bununla belə, onlar Belarusun Rusiyaya birləşməsi ehtimalını daha inandırıcı görürlər.
 
Dünya medaisında ciddi ajiotaj yaradan anonsun Azərbaycanla əlaqədar hissəsinə gəlincə, xatırladaq ki, Belarus prezidenti ağılları qarışdıran məlum fikirləri dilə gətirməmişdən əvvəl Bakıya səfər etmişdi. Hətta diplomatik kulislərdə yarıgerçək-yarızarafat Lukaşenkonun Türk Birliyinə qoşulmaq xahişiylə Bakıya gəldiyi və İlham Əliyevdən Türkiyə prezidenti ilə arada vasitəçilik etməsi ricasında bulunduğu bildirilirdi. Doğrusu, bu təxminləri real saymadığımızdan dərc etməyi də məsləhət görməmişdik. İndisə ard-arda baş verən bir sıra hadisələr bu ehtimalı gücləndirir. Mümkündür ki, Lukaşenko həqiqətən də Bakıdan istədiyi cavabı ala bilmədiyindən Putinin tələbləri ilə razılaşmalı olub. Onun məlum anonsunda “mən həyatda olmasam belə” cümlələri həyati təhlükə ilə üz-üzə olduğunu və yəqin ki, bu addımı atmaq məcburiyyətində qaldığını göstərir. Lukaşenkonun sabah Putinlə üz-üzə danışıqlarının əsas mövzusunun da iki dövlətin birləşməsi məsələsi olacağı gözlənilir.


 
Maraqlıdır ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev belarus həmkarından fərqli olaraq dövlət telekanalına müsahibə verərək Rusiyanın Dağlıq Qarabağda yürütdüyü “sülhməramlı” missiyasını ciddi tənqidə məruz qoymuşdu. Belə görünür ki, bu çıxış Belarusla Azərbaycanın siyasi oriyantasiyasında haçalanmanın açıq bəyanı idi və Minksdən çox, Moskvaya ünvanlanmışdı.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 13 354          Tarix: 21-04-2021, 15:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma