Xəbər lenti

Rusiya dost olmayan ölkələrin siyahısını hazırlamaq üçün işə başlayıb.

APA bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rusiya-1" telekanalının efirində məlumat verib.

O, deyib bu anda ABŞ onsuz da sözügedən siyahıda görünür:

"Bildiyiniz kimi, bir gün əvvəl Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bir fərmanı dərc olundu. Bu sənəddə onsuz da mövcud olan federal qanunların tətbiqi üçün bir sıra tədbirlər var. Buna görə indi dost olmadığı elan edilən dövlətlər, diplomatik və konsulluq nümayəndəlikləri Rusiya 

Federasiyası vətəndaşları arasından işçilər cəlb edə bilməz. Müvafiq fərmanın icrasını təmin etmək üçün indi hökumət adından fərmanın 

çıxarılmasını gözləyirik. Bəs bu dost olmayan dövlətlər kimlərdir? İndi siyahı hazırlanır. Anladığımız kimi, bütün bunlar ABŞ-ın dost olmayan 
hərəkətləri ilə başladı. Əlbəttə ki, siyahıda artıq ABŞ görünür”.



Ana səhifəyə qayıt        Baxış: 2 862          Tarix: 25-04-2021, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma