Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Sülhməramlı kontingentin komandiri Rüstəm Muradov geri çağırıla da bilər, saxlana da...ermənilər də ondan giley edir; deputat: “Qalacaqsa, səlahiyyətinə aid olmayan məsələlərə qarışmamalıdır”
Erməni mediası yazıb ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər. “Yeni Müsavat” bildirir ki, bu, 6 aylıq müddət bitdikdən sonra mümkün rotasiya ilə əlaqələndirilir. Rusiya mətbuatı isə R.Muradovun yerinə başqa hərbçinin namizəd olduğunu iddia edir.Ermənistanın “Joğovurd” qəzetinin məlumatına görə, onun yerinə başqa generalın təyinat alması ehtimalı var. Milliyyətcə tabasaran olan general Muradov 6 aydır ki, sülhməramlı kontingentə rəhbərlik edir və onun fəaliyyətinə xüsusilə Azərbaycan cəmiyyətindən münasibət birmənalı deyil. Onun separtaçı Araik Arutyunyanla, eləcə də ona yaxın şəxslərin əhatəsində görünməsi, hətta qucaqlaşması, Qarabağdakı milyonçu ermənilərlə görüşməsi və s. Azərbaycan ictimaiyyətində narazılıq doğurur. Həmçinin sülhməramlıların ayrı-ayrı hərəkətləri Azərbaycanı narazı salır. Hətta Prezident İlham Əliyev də bu barədə iradını bildirmişdi.
Vladimir Yevseyev
Hərbi ekspert Vladimir Yevseyev komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini də qeyd edib. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiə naziri Sergey Şoyquya təqdim edib. Bəs erməni tərəfi necə, generaldan razıdırmı?
Erməni mediasının onun dəyişdirilə biləcəyi ilə bağlı xəbəri tirajlamaları heç də Muradovdan razı qalmaqdıqlarına işarədir. Bunu açıq şəkildə dilə gətirməsələr də, (hərçənd onları narazı salacaq bir addım atmayıb), amma onun rotasiyasi xəbərini sanki sevincək təqdim edirlər. Ümumiyyətlə, general Muradov əvəzlənə bilərmi? Onun yerinə başqa generalın təyinatı nəyi dəyişə bilər? Ermənilər nə üçün ondan narazı qalsın ki?!
Aydın Mirzəzadə
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, onun 6 aylıq fəaliyyətini real qiymətləndirmək lazımdır. Deputatın sözlərinə görə, general Muradov sülhməramlıların komandanı olduğunu bilir və bunu icra etməyə çalışır: “Onun əsas vəzifəsi 27 sülhməramlı postunu təşkil və nəzarət etməkdir. O, bölgədə yeganə sülhyaratma qüvvəsini malik olduğunu bilir. Bununla belə, Azərbaycan cəmiyyəti onun davranışlarına xüsusi diqqət yetirir. General Muradovun sülhməramlıların nəzarəti olan ərazilərdə keçmiş separatçı rejimin nümayəndələri ilə görüşü, görüşlərdə qondarma rejimin bayrağının qoyulmasına əhəmiyyət verməməsi, erməni millətçilərin odioz fiqurları ilə görüşlərdə iştirak etməsi heç də onun statusuna aid olmayan məsələlərdir. Ona görə Azərbaycan cəmiyyəti düzgün irad bildirir”.
A.Mirzəzadə bununla belə, onun hərbi əsirlərin qaytarılmasında rolunu vurğuladı: “Azərbaycan bütün hərbi əsirləri qaytardı. Eyni zamanda, Ermənistan vaxtaşırı onu öz siyasi oyunlarının iştirakçısına çevirmək istəyir, amma Muradov bundan məharətlə uzaqlaşmağı bacarır. Xüsusən 62 nəfər tutulan diversantlara hərbi əsir statusu verilməsində Muradovdan istifadə etməyə çalışdılar, amma buna getmədi. Ümumən onun fəaliyyətini qənaətbəxş saymaq olar. İndi qalacaqsa, yoxsa gedəcəksə, bu, Rusiyanın işidir. Amma qalacaqsa, səlahiyyətinə aid olmayan məsələlərə qarışmamağa çalışmalıdır. O, rus sülhməramların burada rəhbəridir və digər məsələlərə qarışmaq, fikir bildirmək səlahiyyəti yoxdur”.
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, sülhməramlılar Rusiyanın maraqlarını təmin etmək üçün bölgəyə yeridilib. Siyasi şərhçi hesab edir ki, Rusiya həm də münaqişənin başa çatmasında maraqlı idi: “Təsadüfi deyil ki, ona görə Moskva 44 günlük müharibəyə qarışmadı. Bununla belə, regionda öz maraqları var idi və hazırda həm Azərbaycan, həm Ermənistanla siyasətində bunu balanslaşdırmağa çalışır. İndi Muradov geri çağırıla da, saxlana da bilər. Ermənistan tərəfi də ondan bəzən narazılıq edir. Çünki sülhməramlılar Azərbaycanın da maraqlarını təmin etməlidir. Ona görə bu məsələdə orta variant götürülür”.
Ekspertin sözlərinə görə, Rusiya Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir və indi münaqişə yeni həllini tapmaq üzrədir: “Qarabağda yaşayan ermənilər də bu reallığa uyğunlaşmalıdırlar, yəni yaranın qaysaqlanmasına zaman lazımdır. O baxımdan Muradovun yerinə kimin gəlməsi elə ciddi əhəmiyyət kəsb etmir. Məsələ Kremlin sülhməramlılar qarşısında hansı missiyasını qoymasıdır. Onun yerinə İvan, ya Petrov da gəlsə, əhəmiyyəti eyni öhdəliyi yerinə yetirməlidir”.
Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, tək Muradovun deyil, həmçinin orada olan digər hərbi qulluqçuların da dəyişdirilməsi mümkündür. Onun fikrincə, Muradovun 6 ayın tamamında dəyişməsini normal bir proses hesab edir: “Ölkə xaricində yerləşən kontingentin sülhməramlı və digər funksiyaları yerinə yetirməsindən asılı olmayaraq, bəlli bir zaman kəsiyində adətən 6 aydan bir rotasiyası həyata keçirilir. Bunun Rusiyada da 6 aydan bir həyata keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Rüstəm Usman oğlu Muradov 21 mart 1973-cü ildə Dərbənd rayonunun Çinar kəndində anadan olub. Əslən Dağıstanın Tabasaran bölgəsinin Xanak kəndindəndir. 2015-ci ildən 2017-ci ilədək - 41-ci Ordunun 1-ci müavini və Baş qərargah rəisi. 2016-cı ildə Donbasdakı Atəşkəsə və Tərəflərin Delimitasiya Xəttinin Stabilizasiyasına Nəzarət və Koordinasiya Birgə Rusiya-Ukrayna Mərkəzindəki Rusiyanın nümayəndəsi idi.
2017-ci ildə Suriyada hərbi məsləhətçi. Hərbi vəzifəni yerinə yetirərkən göstərilən cəsarət və qəhrəmanlığa görə Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülüb. 2018-ci ilin dekabrından Cənubi Hərbi Dairə Komandirinin müavini. Rusiya Federasiyası Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə Rüstəm Muradova general-leytenant hərbi rütbəsi verilib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar