Xəbər lenti


“Mənim dövlətim Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi”.

“Report”un xəbərinə görə, bunu Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, son aylarda Türkiyənin daxilində gərginlik yaratmaq üçün müxtəlif ssenarilər hazırlanır.

Törətdiyi çoxsaylı cinayətlərə görə, Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən mafiya rəhbəri Sedat Pekərin açıqlamalarına toxunan nazir

vurğulayıb ki, proseslərin bu səviyyəyə çatması onun üçün gözlənilməz olmayıb: “Hazırlanan ssenarinin bu səviyyəyə çatacağını gözləyirdim. Amma

Türkiyənin köhnə Türkiyə olmadığını anlamayanalar var. Hökümətlərimiz və partiyamız terrorçuluq və narkotik qaçaqmalçılığından tutmuş bir çox

sahələrdə cinayətkaqlıqla mübarizədə ölkə tarixində ən uğurlu nəticələr əldə edib. Ancaq lap əvvəldən ən uğurlu nəticələr qazandığı sahə ölkəmizi

və millətimizi mafiyanın əlindən qurtarmağımızdır. Buna görə liderimiz Rəcəb Tayyib Ərdoğana minnətdaram. Çünki o, mafiyanın ölkəmizdə

fəaliyyətinin və pis oyunlar oynamasının qarşısını alıb.

Mənim dövlətim heç Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi. Bəsit bir mafiya qalıqlarının haranısa ələ keçməsinə imkan vermərik”.



Ana səhifəyə qayıt        Baxış: 3 507          Tarix: 14-05-2021, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma