Xəbər lenti


Mayın 12-dən Azərbaycan və Ermənistan sərhəddində başlayan gərginlik səngimir. Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub

Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət

sərhədini möhkəmləndirdiyini bəyan edir.

Söhbət əsasən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddən, daha dəqiqii bu ərazidə Ermənistanın Sev Liç,

Azərbaycanın Qaragöl adlandırdığı göldən və yüksəkliklərdən gedir. Yeri gəlmişkən, ermənicə Sev Liç Qaragöl adından tərcümə olunub.

AzadlıqRadiosunun erməni xidmətinin müxbiri mayın 13-də Veraşendə olub, orada sakinlərlə danışıb. Yerli sakinlər bildiriblər ki, əhali təlaş

içindədir, hər an nəsə olacağı qorxusu ilə gecələri yata bilmirlər:

“Yerevanda insanlar qorxursa, görün sərhəddə yaşayanlar necə qorxur. İnsanlar təşviş içindədirlər. Siz burdan yuxarı qalxsanız, Azərbaycan postları

ordadır. Biz necə qorxmaya bilərik? Bizim əlbəttə ki qorxumuz var. Amma biz səbrli və nikbinik. Biz hamımız gözləyəcəyik görək bu işlər nə ilə

yekunlaşır. Ümid edirik ki, rəhbərliyimiz bu problemləri həll edəcək. Sev Liç bizimdir və ümid edirik ki, bizim olacaq. Buradan yuxarıda Azərbaycan

postlarını görə bilərsiniz onlar bizə atəş aça bilərlər, qorxuruq. Niyə burada hər hansı neytral ərazi yoxdur. İnsanlar təlaşdadır”.

“Səkkiz inəkdən yeddisini qaytarıblar”

Başqa bir sakin isə deyib: “Azərbaycan özünü pis aparır. Biz hamımız bunu bilirik. Aramızdakı məsafə cəmi 19 kilometrdir”.

Sakinlərin narahatlığı əsasən eynidir: “Dünən gecədən bəri yata bilməmişik. Fikirləşirdik ki, azərbaycanlılar bizim kəndə girəcəklər. Mənim bir

qohumum oranın yaxınlığındakı kəndə yaşayır. O mənə zəng elədi, elə qorxmuşdu ki, danışa da bilmirdi. Dedi ki, azərbaycanlılar gəlib və onların 8

inəyini götürüblər. Sonradan yeddisini qaytarıblar, birini isə özlərinə yemək üçün saxlayıblar. Yəqin aralarında yaxşıları da olub ki, inəkləri geri

qaytarıblar. Qohumum deyir ki, onlar orada özlərinə çadır qurublar. Başına da öz bayraqlarını asıblar. Biz burdan görmürük amma onlar dağın

təpəsindədilər. Bütün gecəni camaat qorxusundan yatmayıb ki, onlar aşağı kəndə enərlər”.

Avropa İttifaqı və ABŞ sərhəddəki gərginliyə reaksiya veriblər

Ötən ilin sentyabrında 44 günlük müharibədən sonra Veraşen sərhəd kəndinə çevrilib. Amma yerli sakinlər deyirlər ki, rəsmi olaraq, onların kəndi

sərhəd statusu almayıb:

“Biz bu məsələni bir neçə dəfə qaldırmışıq, amma onlar buranın sərhəd kəndi olduğuna inanmırdılar. İndi siz görürsünüz ki, bura sərhəd kəndidir.

Azərbaycanlılar dağın başında öz postlarını qurub və ordan bizim kəndə baxırlar. Biz nə etməliyik? Hökumət gərək bizə ən azı torpaqlarımızı

qorumaqda kömək edə”.




Ana səhifəyə qayıt        Baxış: 3 409          Tarix: 15-05-2021, 14:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma