Xəbər lenti


Hindistan Azərbaycanı «öz ordusunu Ermənistan ərazisindən çıxarmağa və gələcəkdə hər cür təxribatı dayandırmağa çağırıb». Uyğun bəyanatı mayın 19-da Hindistanın xarici siyasət idarəsi yayıb.

Bu barədə ANİ xəbər agentliyi xəbər verib.

«Biz, Ermənistan-Azərbaycan sərhədi boyunca yaşanan situasiyanı narahatlıqla izləyirik. Hərbçilərin sərhəddən soxulması və irəliləməsi situasiyanı gərginləndirə və bölgədə döyüş əməliyyatlarının bərpasına gətirə bilər. Biz, pozucu tərəfi təcili olaraq ordunu geri çəkməyə və gələcəkdə istənilən təxribatı dayandırmağa çağırırıq» - bəyanatda deyilir.
Həm də qeyd olunur ki, Hindistan həmişə ikitərəfli mübahisələrin diplomatik və siyasi vasitələrdə dinc yolla həllinə tərəfdar olub.
«Cənubi Qafqaz bölgəsində sülh və sabitlik bögəsel təhlükəsizlik baxımından əhəmiyyətlidir» - müraciətdə deyilir.

Dərinə getmədən, əminliklə qeyd etmək olar ki, Hindistan bu müraciətlə situasiyaya birtərəfli yanaşdığını və ən əsası isə belə sürüşkən davranışı ilə əslində haqlı olan Azərbaycandan Pakistanla sıx dostluq münasibətləri saxladığının bir növ, qisasını alır. Amma bu da hamısı deyil. Belə ki, bir müddət əvvəl (24 aprel) Bişləşmiş Ştatların prezidenti Co Bayden də ermənilərin «könlünü almaq» məqsədilə, lap ucadan və heç bir əsası olmadan «erməni genosidi» bağırıb. O zaman bir sıra KİV-lər yazdılar ki, «yuxulu Co» üçün «erməni konspekti»ni məhz əslən hindistanlı Kamala Harris hazırlayıb.

Bu mülahizələrdən çıxış edərək, düşünmək olar ki, Hindistan bundan sonra da «qardaş Ermənistana» dəstəyini davam etdirəcək və tez bir zamanda koronavirusla mübarizə çərçivəsində ermənilərə bir vaqon inək nəcisi (milli Hindistan dərmanı!) bağışlayacaq. Nədən ki, Hindistanda olduğu kimi, Ermənistanda da insanabənzər meymunları virus «götürüb gedir».

Mirzə AĞ
AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 316          Tarix: 20-05-2021, 12:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma