Xəbər lenti

 
Avropa Parlamenti Azərbaycandan bütün erməni məhbusları heç bir şərt qoymadan azadlığa biraxmağı tələb edib.
 
Ovqat.com xəbər verir ki,  Avropa Parlamentinin bugünkü toplantısında bir neçə saatlıq müzakirələrdən sonra 607 səs çoxluğu ilə qətnamə qəbul olunub.
 
Qətnamədə 5 xüsus diqqəti cəlb edir:
 
1. Ermənistanın “suveren ərazisinin pozulması” və Azərbaycan nümayəndələri və prezidentinin ərazi iddiası qaldıran narahatedici açıqlamaları müşahidə olunur. 

2. Sülh sazisişində Minsk qrupuna daxil Aİ ölkələrinin iştirak etməməsindən təəssüf hissi keçirilir.
 
3. Bakıdakı Qənimətlər parkı təxirə salınmadan bağlanmalıdır.
 
4. Erməni əhalinin və erməni abidələrinin təhlükəsizliyinin təmini, ehtiyacı olanlara humanitar yardımın çatmasının təmininə olan mühüm ehtiyac vurğulanır.
 
5. Azərbaycan müharibədən əvvəl və sonra tutduğu bütün əsirləri qeyd-şərtsiz qaytarmalıdır.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 527          Tarix: 20-05-2021, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma