Avropa Parlamenti "Türkiyədə insan haqlarının mövcud vəziyyəti" adlı qətnamə qəbul edib.
Ovqat.com xəbər verir ki, böyük səs çoxluğuyla qəbul olunan layihədə 15 İyul dövlət çevrilişi cəhdi bir daha qınanılıb.
Bununla belə, uğursuzluqla nəticələnən həmin çevriliş cəhdindən "qanuni və dinc müxalifəti çökdürmək, qeyri-adekvat yollarla media və vətəndaş cəmiyyətinin dinc şəkildə fikrini ifadə azadlığı hüququndan yararlanmasını əngəlləmək" məqsədilə istifadə edildiyi də qətnamədə öz yerini tapıb.
Fundamental hüquq və azadlıqların, qanunun aliliyi və məhkəmənin müstəqilliyinin "pisləşmə"sinin "çox narahatedici" olduğu vurğulanan qətnamədə "on minlərlə insanın özbaşına həbsi hüquqi və inzibati təcavüz"ü pislənilib, bu şəxslərin "dərhal" sərbəst buraxılması tələb olunub.
Terrorun Türkiyə üçün "təhdid" təşkil etdiyi vurğulanan sənəddə "geniş əhatəli" terrorla mübarizə qanunlarından "vətəndaşların fikir azadığını və medianın cəzalandırmaq üçün istifadə edilməməsi" tələb olunub.
Afrin əməliyyatına qarşı çıxan jurnalist, aktivist, həkim və adi vətəndaşların həbs olunması pislənilib.
Qərnamədə Avropa Parlamentinin "Suriyada Kürdlərin çoxluq təşkil etdiyi bu bölgəyə hərbi müdaxilənin humanitar nəticələri barədə ciddi narahatlıq duyduğu" vurğulanıb və "qeyri-adekvat aksiyaların dayandırılması” istənilib.
Qətnamədə "Kürd probleminə ədalətli həlli üçün" Ankara və PKK danışıqlar masasına çağırılıb.
Paylaş: