Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Sərhədlərin delimitasiyasi nəticəsində Qazax rayonu ilə sərhəddə yerləşən daha 6 erməni kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarətinə keçəcək.
Ovqat.com xəbər verir ki, burada söhbət heç də Ermənistan ərazisində qalan eksklavlarımızdan getmir.
Ermənilər Qazaxın işğal olunmuş 7 kəndini özününküləşdirmək üçün həmin ərazilərə yaxın yerlərdə yaşayış məntəqələri qurublar. Həmin kəndlər isə Azərbaycanın dövlət sərhədlərinin tam üzərinə düşür. İndi bu qanunsuz məskunlaşma siyasəti ermənilərin öz əleyhinə işləməyə başlayıb və onlar evlərini tərk edib İrəvana qayıtmalıdırlar. Tərk edilərək Azərbaycana qaytarılacağı gözlənilən həmin kəndlər bunlardır: Azatamut, Voskepar, Kirans, Kayan, Aygeovit və Ditavan. Onlardan ilk dördü (Azatamut, Voskepar, Kirans və Kayan) eyni ilə Qubadlının Şurnux kəndi kimi ikiyə bölünəcək. Digər ikisi (Aygeovit və Ditavan) isə blokada vəziyyətinə düşəcək. Həmin 2 kənd bizim sərhədlərimiz 300-500 metrliyində yerləşəcək ki, bu da ermənilərin həmin ərazilərdə yaşamaq imkanlarını imkansız hala gətirəcək.
Ən azı ona görə ki, erməni kəndliləri Azərbaycandan oğurladıqları otlaqlardan və əkin sahələrindən məhrum olacaqlar. Ən uzaq “turistik səfərləri” belə, kəndin 300-500 metr kənarına qədər uzanacaq. 1 metr daha artıq addım dövlət sərhədlərimizin pozması kim dəyərləndiriləcək və... Və təbii ki, sonrası məlumdur.
Düşünülə bilər ki, ermənilər 30 illik işğalın gətirdiyi rahatlığa arxayın olub özününkü bildikləri bu ərazilərdə məskunlaşıblar. Qətiyyən, belə deyil. Hazırda iki yerə bölünməsini gözləyən Azatamut kəndi 1970-ci illərdə yaradılıb. Məqsəd Azərbaycanın Sofulu və Barxudarlı kənd sakinlərini sıxışdıraraq bu ərazilərdən çıxarmaq olub. Sovet hakimiyyətinin dəstəyini də arxalarına alan ermənilərin bu siyasəti uzun müddət heç bir nəticə verməyib. Erməni və rus təzyiqlərinə sinə gərən Azərbaycan kəndləri son ana qədər dirənib və öz yurd-yuvalarını tərk etməyiblər. Nəhayət, 1992-ci ildə I Qarabağ döyüşlərinin ən qızğın zamanlarında şiddətli erməni hücumlarına məruz qalan və əlləri hər yerdən üzülən kəndlilərimiz öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıblar.
“1992-ci ildə azərbaycanlılar Sofulu və Bərxudarlı kəndlərini könüllü olaraq təhvil vermədilər. Həmin ilin mart ayında bu kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Əgər azərbaycanlılar yenə bu kəndlərə qayıtsalar, azatavanlıların təhlükəsizliyi problemi, demək olar ki, həlledilməz olacaq”, - erməni politoloq Edqar Elbakyan yerli mətbuata açıqlamasında belə deyib.
O həmçinin qeyd edib ki, haqqında danışdığımız 6 kəndin sakinlərinin yeganə gəlir mənbəyi otlaq və tarlalardır: “Bu gəlir mənbələri də itiriləcək ki, bu da öz növbəsində həmin kəndlərin tədricən ermənisizləşməsinə gətirib çıxaracaq".
XIII əsrə aid olan bu alban kilsəsi də Azərbaycanın nəzarətinə keçəcək
Politoloqun fikrincə, Ermənistan hakimiyyəti, böyük ehtimalla, yalnız Azərbaycan eksklavlarını deyil, həm də onlara aparan yolları təhvil verməli olacaq. Bu da həmin ərazilərdə ermənilərin məskunlaşmasında ciddi problemlər yaradacaq.
Məlumata görə, Azərbaycanın öz sərhədlərinə nəzarəti bərpa etməsi nəticəsində Ermənistanın Rusiya və Gürcüstana gedən avtomobil yolunun İcevan–Noyemberyan arasındakı 2.05 km hissəsi də bizim əlimizə keçəcək. Bunu Ermənistan üçün sonun başlanğıcı kimi dəyərləndirən Elbakyan Tavuş rayonunda eynilə Zəngəzurdakı kimi kommunikasiya kəsintisi yaşanacağını istisna etməyib. "Bütün bunların nəticəsində Ermənistan Azərbaycan və Türkiyə tərəfindən tamamilə blokadaya alınacaq", – deyə o vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar